Nazirlik ötən il yaranan şirkətə 1,2 milyon manatlıq tender verdi

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçiliq Elmi-Tədqiqat İnstitutu meyvəçilikdə virussuz əkin materialının innovativ üsulla istehsalının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Babil Construction and Procurement" MMC-dir.

Qalib şirkətə 1 milyon 199,5 min manat ödəniləcək.

Qeyd edək ki, "Babil Construction and Procurement" MMC 2020-ci ilin sentyabrın 15-də dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə İsgəndər Muxtar oğlu Baxışovdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan