Avstraliyada peyvənd olunmuş şəxslərə kriptovalyuta ilə ödəniş edilə bilər

Avstraliyada insanları COVID-19 virusuna qarşı vaksinlənməyə cəlb etməyin yollarından biri kimi peyvəndə görə “Bitcoin”lə ödəniş etmək nəzərdən keçirilir.

İndex.az “gagadget.com” saytına istinadən xəbər verir ki, peyvənd olunmuş şəxslərə kriptovalyutada 5 ABŞ dolları veriləcək. Bu isə 2021-ci il avqustun 23-nə olan məzənnəyə görə 0,0001 BTC-yə bərabərdir.

Güman edilir ki, məbləğ böyük olmasa da, təkcə kriptovalyutada ödəniş faktı insanları peyvəd olunmağa həvəsləndirəcək. Təşəbbüsün müəllifi olan “Finder” şirkətinin həmtəsisçisi Fred Şebesta ölkə əhalisini mümkün qədər tez zamanda normal həyata qaytarmaq istədiyini bildirib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan