Ölkəyə xaricdən pul köçürmələri 34% artıb

Bu ilin I yarısında Azərbaycana 498 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub.

İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən təxminən 33,9% çoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan