İctimai iaşə dövriyyəsi 8% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,1% artaraq 459 mln. manat olub.

İndex.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,5%-i hüquqi şəxslərin, 50,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 18,6% artaraq 229,4 mln. manat olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan