SOCAR-ın təsdiq edilmiş qaz ehtiyatları artıb

2021-ci il yanvarın 1-i tarixinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2% artaraq 101 trilyon 449 milyard ton neft ekvivalentində təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə SOCAR-ın 2020-ci il üzrə "Davamlı İnkişaf Hesabatı"nda bildirilib.

Hesabat dövründə SOCAR-ın istehsala daxil edilən qaz ehtiyatları 46 trilyon 892 milyard ton neft ekvivalentində (illik müqayisədə 8,5% az), istehsala daxil edilməyən qaz ehtiyyatları 3 trilyon 509 milyard ton neft ekvivalentində (13,4% az), işlənmiş qaz ehtiyyatları 50 trilyon 401 milyard ton neft ekvivalentində (8,9% az), işlənməmiş qaz ehtiyyatları isə 51 trilyon 049 milyard ton neft ekvivalentində (15,6% çox) təşkil edib.

Qeyd edək ki, SOCAR-ın təsdiq edilmiş neft və qaz ehtiyatları “DeGolyer & MacNaugthon” şirkətinin 2020-ci ildə apardığı tədqiqat və qiymətləndirmə hesabatına istinadən verilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan