Avtovağzal Kompleksi: Sərnişinlərdən kimsə artıq vəsait tələb edə bilməz

Paytaxtdan regionlara səfər üçün müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslar seçərkən, heç kəsdən hər istiqamət üzrə müəyyən olunmuş rəsmi tariflərdən (qiymət) artıq vəsait tələb edilə bilməz.

İndex.az bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadən xəbər verir.

Qeyd edilir ki, kompleksin əməkdaşları gündəlik olaraq nəzarəti təmin edir. Şikayəti olanlar elə kompleksin daxilində yerləşən Məlumat Mərkəzinə bildirməklə yerindəcə problemin həllinə nail ola bilər.

Tarif keçidi: https://avtovagzal.az/page/tarifler?fbclid=IwAR2Wzza6hSB626nboFoBlT4WB1rEgNnIoRGCX3fpW5FFRMA_JE2TQCnwteQ

Bizi Facebook-da izləyin: INdexAzerbaijan