“PayPal” İngiltərədə kriptovalyuta xidmətini işə salıb

“PayPal” İngiltərədə kriptovalyuta xidmətini işə saldığını açıqlayıb.

İndex.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin blokçeyn, kripto və rəqəmsal valyutalar üzrə baş menecer Xose Fernandesa istinadən “CNBC” məlumat verib.

“İngiltərədə hər şeyin yaxşı işləyəcəyini gözləyirik”, – deyə mütəxəssis söyləyib. Xatırladaq ki, “PayPal” xidməti müştərilərə 1 funt sterlinq qiymətinə (təxminən 1.4 dollara) “bitcoin”, “Bitcoin Cash”, “Ethereum” və ya “Litecoin” almağa və ya satmağa imkan verir.

İstifadəçilərin həmçinin kriptovalyuta qiymətlərini real vaxtda izləmək xidmətindən istifadə edə bilərlər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan