Ölkəyə gətirilən bu avtomobillərdə ciddi problemlər aşkarlanır - VİDEO

İnternet üzərindən Koreyadan avtomobil alan şəxs külli miqdarda ziyana düşüb.

İndex.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, paytaxt sakini Vüqar Şahmuradov deyir ki, bir neçə ay əvvəl sözügedən ölkənin istehsalı olan avtomobili gömrük rəsmiləşdirməsi xərci ilə bərabər 14 min manata Bakıya gətirdib.

Xarici ölkəyə məxsus satış saytından aldığı ikinci əl avtomobili Vüqar Şahmuradov ustaya aparıb.

Usta Sahil Ağabəyli deyir ki, Azərbaycana Koreya və Amerika bazarından gətirilən avtomobillərin böyük əksəriyyətində problemlər olur. Bu ölkələrdə sürülüb satışa çıxarılan avtomobillərin nə mühərrik, nə də ki, sürət qutusunun yağı dəyişdirilmir. Bundan başqa, həmin avtomobillərin alt işlək hissələrində də çox nasazlıqları aşkar edilir.

Usta deyir ki, Amerika bazarından gələn avtomobillər də qəzalı vəziyyətdə olur. Səbəb də həmin nəqliyyat vasitələrinin Amerikada sığorta şirkətlərindən hərrac yolu ilə alınmasıdır.

Sahil Ağabəylinin sözlərinə görə, o ölkədə avtomobilin təmir xərci çox olduğundan sürücülər qəza zamanı nəqliyyat vasitəsini yenindən işlək vəziyyətə gətirmirlər. Maşını sığorta şirkətinə verib nağd pulunu alırlar.

Usta bildirir ki, xarici ölkələrdən sayt üzərindən avtomobil almaq olduqca risklidir. Sahil Ağabəyli məsləhət görür ki, avtomobil alarkən mümkün qədər onu görmək, ustaya yoxladıb almaq lazımdır. Əks halda 4-5 min manat ziyana düşmək ehtimalı var.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan