Ölkədə vaksinasiyanın məcburi olması nəzərdə tutulub? - RƏSMİ

“Azərbaycanda pandemiya ilə mübarizə davam edir. Ölkəmizdə maliyyə və digər tərəfdən nə mümkündürsə, hamısı edilib”.

İndex.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda xəstəxanalarda 10 mindən çox yatağımız var: 

“Hamımız bir olmalıyıq və pandemiya ilə mübarizə üçün vaksinasiyadan keçməliyik. Bundan sonra isə pandemiyaya son qoyulacaq”.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanda vaksinasiyanın icbari olması ilə bağlı hər hansı bir tələb nəzərdə tutulmayıb:

“Ancaq bir çox sahələr var ki, orada vaksinasiya icbaridir. Məsələn, həkimlərin bilavasitə “qırmızı zona”da olmasına görə orada icbarilik var. Amma ümumi icbarilik nəzərdə tutulmayıb”.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan