Çinin valyuta ehtiyatları daha da artaraq 3,235 trilyon dollara çatıb

Çin Xalq Bankı (Mərkəzi Bank) iyul ayında milli valyuta ehtiyatlarını iyun ayına nisbətən 0,68% artıraraq 3 trilyon 235 milyard dollara çatdırıb.

İndex.az xəbər verir ki, bu barədə, cümə günü Çin Xalq Respublikası Valyuta Nəzarəti Dövlət İdarəsisinin sədr müavini Van Çunyinq məlumat verib.

"Artım məzənnələrinin möhkəmlənməsi və aktivlərin qiymətlərinin artması ilə əlaqədardır", - o deyib.

2020-ci ildə Çinin Mərkəzi Bankı valyuta ehtiyatlarını 3,49% artıraraq 3,210 trilyon dollara çatdırmışdır. Çinin valyuta ehtiyatlarında artım pandemiya ilə artan risklər fonunda baş verib.




Marja

Bizi Facebook-da izləyin: INdexAzerbaijan