Turizm sektoru qlobal ÜDM-yə 4 trilyon dollar zərər vuracaq

Bu ilin sonuna qədər qlobal ümumi daxili məhsul (ÜDM) təkcə turizmlə bağlı 4 trilyon ABŞ dollardan çox zərərə uğrayacağı proqnozlaşdırılır.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (BMTKK) və Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UNWTO) hesabatında bildirilib.

Sənədə əsasən, qlobal ümumi daxili məhsulda təxmin edilən itkilərin 60 %-i inkişaf etməkdə olan ölkələrin payına düşəcək. Bundan başqa, bu müddətdə ən böyük zərbəni turizm gəlirlərinin ÜDM-dəki payı yüksək olan yoxsul Asiya, Afrika və Mərkəzi Amerika ölkələri görəcək.

Qeyd edilib ki, koronavirus qlobal turizm sənayesinin tarixində ən böyük böhranı yaşamasına səbəb olur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan