"Barselona" 455 milyon avro kredit götürüb

İspaniyanın "Barselona" klubu 455 milyon avro məbləğində yeni kredit götürüb.

İndex.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, kredit 10 il üçün hesablanır və onun orta faizi 1,98-dir.

Kataloniya təmsilçisi maliyyə problemləri səbəbindən Lionel Messi ilə yeni müqavilə imzalaya bilməyib və argentinalı oyunçu Fransa PSJ-sinə keçib.

Daha əvvəl klub prezidenti Joan Laporta borclarının artdığını söyləyib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan