“Chevrolet Bolt” 73 mindən çox elektrikli avtomobili geri çağırır

ABŞ-ın avtomobil korporasiyası “General Motors” Kanada və ABŞ-dan 73 mindən çox “Chevrolet Bolt” elektrik avtomobilini geri çağırır.

İndex.az xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən açıqlamasında bildirilib.

Məlumata əsasən, buna səbəb həmin avtomobillərin akkumulyatorlarında alovlanma təhlükəsinin olmasıdır.

“”General Motors” könüllü olaraq “Chevrolet Bolt” elektrikli avtomobillərinin geri çağırılmasını genişləndirir ki, bu da Bolt EUV (elektrik avtomobil növü) də daxil olmaqla qalan 2019 və 2020-2022-ci il istehsalı olan avtmobillərə şamil olunur”.




Banker

Bizi Facebook-da izləyin: INdexAzerbaijan