Naxçıvana investisiya qoyuluşu cüzi artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 596 milyon 951,4 min manat vəsait yönəldilib.

İindex.az xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edək ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% çoxdur.

Əsas kapitala yönəldilmiş vəsaitin 572 milyon 178,1 min manatı və ya 95,9%-i tikinti-quraşdırma işlərinin payına düşüb

Bizi Facebook-da izləyin: INdexAzerbaijan