Naxçıvanda əhaliyə verilən kreditlərin həcmi 27% artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 126 milyon 837,3 min manat məbləğində kreditlər verilib.

İndex.az xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edək ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 26,8% çoxdur.

Verilmiş kreditlərin 15 milyon 192,2 min manatı və yaxud 12%-i qısamüddətli, 111 milyon 645,1 min manatı və yaxud 88%-i uzunmüddətli kreditlər olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan