Naxçıvanda orta aylıq əmək haqqı 540,8 manat oldu

Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 540,8 manata çatdırılıb.

İndex.az bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3% çoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan