İş üçün Azərbaycana gələn əcnəbilərin sayı 3 dəfə artıb

2021-ci ilin birinci yarısının sonuna ölkə ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 3 478 nəfər olmuşdur. Bu da son illərin ən yüksək rəqəmidir.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Söhbət burada, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərdən gedir

2020-ci ilin müvafiq dövrünün sonuna 1 192 nəfər olmasını nəzərə alsaq 2.9 dəfə illik müqayisədə artım deməkdir.



2021-ci ilin bu dövründə çalışanlardan 46.1 faizi tikintidə, 14.2 faizi mədənçıxarma sənayesində, 7.8 faizi emal sənayesində, 6.2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5.1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3.5 faizi təhsil, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və 14.1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olmuşdur.


Banker

Bizi Facebook-da izləyin: INdexAzerbaijan