Bakı metrosundan istifadə edən sərnişinlərin sayı kəskin azalıb

Bu ilin yanvar-iyul aylarında Bakı Metropolitenindən istifadə etmiş sərnişinlərin sayı 20,1 mln. nəfər olub, bu da illik müqayisədə 69% azdır.

İndex.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə ölkədə metro nəqliyyatından 64,7 mln. sərnişin istifadə edib.

Xatırladaq ki, metro nəqliyyatında sərnişin daşımalarının kəskin azalması ölkədə yeni növ koronovirus pandemiyasına qarşı mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərlə əlaqədardır.

Ümumiyyətlə, pandemiya dövründə Bakı Metropolitenində sərnişindaşıma prosesi müxtəlif müddətlərə 3 dəfə dayandırılıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan