Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı 21% artıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstanın Azərbaycandan tədarük etdiyi elektrik enerjisinin həcmi 505,2 milyon kilovatt/saat təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni göstəricisindən 21,2% çoxdur.

İlk yeddi ayda qonşu ölkə ümumilikdə 1 milyard 706,5 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib ki, bunun da 30%-ni Azərbaycan təmin edib. Qonşu ölkənin əsas elektrik enerjisi təchizatçısı Rusiya (1 milyard 040,1 milyon kilovatt/saat) olub.

Hesabat dövründə Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 108,1 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit olunub ki, bu da illik müqayisədə 6,3% çoxdur.



Report

Bizi Facebook-da izləyin: INdexAzerbaijan