Gürcüstanda işsizlik səviyyəsi 22%-i keçib

Bu ilin II rübündə Gürcüstanda işsizlik səviyyəsi 22,1% olub.

İndex.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, göstəricidə illik müqayisədə 3,8% artım qeydə alınıb.

Aprel-iyunda şəhərlərdə işsizlik 24,1% (+2,3%), kənd yerlərində isə 19 % (+6,2%) təşkil edib.

Kişilər arasında bu göstərici illik müqayisədə 5,7 % artaraq 24,5%, qadınlar arasında isə 1,2 % artaraq 18,9%-ə yüksəlib.




Report

Bizi Facebook-da izləyin: INdexAzerbaijan