Ölkədə bu ilin 6 ayında 40 min yeni iş yeri açılıb

2021-ci ilin altı ayı ərzində ölkədə 30.9 min yeni iş yerləri açılmışdır.

İndex.az xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlərinin 89.1 faizi qeyri-dövlət sektorunda açılmışdır. Yeni iş yerlərinin 75.8 faizi Bakı şəhərinin, 0.6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,6 faizi digər regionların, o cümlədən 4.6 faizi Gəncə-Daşkəsən, 4,0 faizi Abşeron-Xızı, 3.2 faizi Lənkəran-Astara, 2.8 faizi Quba-Xaçmaz, 2.1 faizi Şəki-Zaqatala, 1.9 faizi Qazax-Tovuz, 1.2 faizi Mərkəzi Aran, 1.1 faizi Şirvan-Salyan, 0.9 faizi Qarabağ, 0.7faizi Dağlıq Şirvan, 0.7 faizi Mil-Muğan, 0.4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşmüşdür.

Yeni açılmış iş yerlərinin 11.7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 85.5 faizi mövcud müəssisə və təşkilatlarda, 0.6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2.2 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan