ƏDV ödəyicilərinin sayı 11% artıb

Bu il avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,4% artaraq 643 504 təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,6% artıb və 32 233-ə çatıb. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,2% artaraq 177 385-ə çatıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan