İnformasiya və rabitə sektorunda xidmətlərin dəyəri 6% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 5,9% artaraq 1 milyard 304,3 milyon manata çatıb.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun da, 74,7%-i əhali tərəfindən istehlak olunub.

Məlumata görə, bu sahədə əldə edilmiş gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 42,3%-i və ya 552,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan