Bu gün banklar 60 milyon dollar aldı - HƏRRAC

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İndex.az xəbər verir ki, hərracda tələb 60,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 17 Avqust 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 45,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 59 valyuta hərracında banklara 3 milyard 517,52 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan