Gürcüstandan Azərbaycana avtomobil ixracı kəskin artıb

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstandan Azərbaycana 138 049,61 min ABŞ dolları dəyərində 20 658 ədəd minik avtomobili ixrac edilib.

İndex.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac edilən məhsulun dəyəri illik ifadədə 5 801,38 min dollar və ya 4.38%, sayı isə 8 473 ədəd və ya 69.53% artıb. Belə ki, 2020-ci ilin ilk yeddi ayında Gürcüstandan Azərbaycana 132 248,23 min dollar dəyərində 12 185 ədəd minik avtomobili ixrac edilib.



APA

Bizi Facebook-da izləyin: INdexAzerbaijan