ADB və “Avrora” MMC 6 milyon dollarlıq kredit sazişi imzalayıb

Asiya İnkişaf Bankı (ADB) və “Avrora” MMC koronavirus (COVID-19) pandemiyası zamanı işçilərin, fermerlərin və pərakəndə satıcıların fəaliyyətini dəstəkləmək və Azərbaycanda təhlükəsiz qida təchizatı zəncirini təşviq etmək üçün 5,9 milyon ABŞ dollarlıq kredit sazişi imzalayıb.

İndex.az bu barədə ADB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ADB-nin Azərbaycanda ilk özəl sektorda fəaliyyət göstərən aqrobiznesa yardımı olan kredit, şirkətin fəaliyyətini davam etdirməklə yanaşı, həmçinin 3 minə yaxın işçiyə, 1,5 minə yaxın fermer və ferma işçisinə, o cümlədən 12 min ailəyə məxsus kənd mağazasına fayda verəcək. Bundan başqa, maliyyələşmə “Avrora”nın əsas buğda və süd məhsullarının istehsalına və 2 milyondan çox insana paylanmasına kömək edəcək.

ADB-nin Özəl Sektor Əməliyyatı üzrə Baş direktoru Suzanna Gabouri: “COVID-19, qida tədarük zəncirini ciddi şəkildə pozub, pərakəndə satıcıların və fermerlərin gəlirlərini azaldıb, qida istehsalını və paylanmasını riskə atıb”.

Qeyd edək ki, Asiya İnkişaf Bankı 1966-cı ildə yaranıb. Onun 49-u regiondan olmaqla 68 üzvü var.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan