İnvestisiya müqabilində vətəndaşlıq almaq üçün ən yaxşı ölkələr – TOP 10

“Professional Wealth Management” analitikləri iqtisadiyyata sərmayə qoymaq müqabilində vətəndaşlıq proqramı olan ölkələrin illik reytinqini açıqlayıb.

İndex.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qeyd edək ki, reytinqin tərtib edilməsi zamanı nəzərə alınan meyarlar arasında hərəkət azadlığı, həyat səviyyəsi, tələb olunan sərmayə miqdarı, vətəndaşlıq alma şərtləri və digərləri olub.

Uzun illər ərzində investisiya müqabilində vətəndaşlıq üçün dünyanın ən yaxşı ölkəsi Dominika olub, Sent-Kits və Nevis isə ənənəvi olaraq ikinci yeri tutub. Qeyd edək ki, Sent-Kits və Nevisdə “qızıl pasportlar” proqramı 1984-cü ildə, Dominikada isə 1993-cü ildə ortaya çıxıb.

Reytinqdə liderlərdən sonra Qranada, Sent-Lüsiya, o cümlədən Antiqua və Barbuda gəlir. Eyni zamanda ən yaxşılar arasında Avstriya, Bolqarıstan, Kamboca, İordaniya, Malta, Monteneqro və Türkiyə yer alıb. Reytinqə əsasən, Kipr “qızıl pasportlar” proqramını məhdudlaşdırdığı üçün siyahıdan çıxıb.

Ən az investisiya Sent-Lüsiya və Dominika tələb edir – 100 min dollar. Antiqua və Barbuda vətəndaşlığı daha baha başa gəlir – 130 min dollar. Qiymətləndirmələrə görə, ən bahalısı Misir pasportu olub – 250 min dollar.

Xatırladaq ki, daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşlıq ala biləcək əcnəbilərin siyahısını genişləndirməyə qərar verib. Hökumət xaricdən gəlmiş və yerli şirkətlərdə işə düzəlmiş varlı əcnəbilərə vətəndaşlıq verməyə başlayıb.




Banker

Bizi Facebook-da izləyin: INdexAzerbaijan