İnsanlar yaxın 10 il ərzində smartfondan imtina edəcəklər

On ildən sonra bəşəriyyət smartfonlardan istifadə etməyi dayandıracaq, cib telefonu rudiment olacaq.

İndex.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Veon” qrupunun rəqəmsal məhsullar direktoru Corc Held bildirib.

“Yeni texnologiyalarla eksperiment etməliyik. Telefonu zəng etmək üçün istifadə edirik, amma əminəm ki, 10 ildən sonra o, olmayacaq”, - Held bildirib.

Onun sözlərinə görə, bu cihazları daha inkişaf etmiş texnologiyalar, məsələn, proyeksiyalar əvəz edəcək.

Mütəxəssis məlumatın gözlər önündə görünəcəyini, xüsusi bir sensordan istifadə edərək şüşəyə və ya divara əks olunacağı ehtimalını verib:

“Beləliklə, şəhərin mərkəzində itmiş nənənin heç yerə zəng etməsinə ehtiyac qalmayacaq: o, sadəcə divardan “Evə necə gedə bilərəm?”, - soruşa bilər və divar ona marşrutu göstərəcək”, - deyə Held futuristik proqnozunu verib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan