Vergi daxilolamaları üzrə proqnoza 126,2% əməl edilib

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 273,7 milyon manat vergi daxil olub, proqnoza 126,2% əməl edilib.

İndex.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 14,2% və ya 655,9 milyon manat artıb.

Bu ilin 7 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 813,2 milyon manat olub, proqnoza 119,7% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 628,1 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 11,1% və ya 382,2 milyon manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6% artaraq 2 milyard 926,8 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 549,4 milyon manat olmaqla, proqnoz 118,3% icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 4,8% artıb.

Ödənilən vergilərin 72,3%-i qeyri-neft-qaz sektorunun, 27,7%-i neft-qaz sektorunun payına düşüb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan