Bu il hərracda satılan ən bahalı retro avtomobillər

ABŞ-da 1950-ci illərin sonlarında idman yarışları kimi başlayan, daha sonra retro avtomobillərin ənənəvi sərgisinə çevrilmiş tədbir - Kaliforniyadakı Pebble çimərliyində keçirilən Monterey Avtomobil Həftəsinin bu ilki hərracı ötən həftəsonu baş tutub.

Ötən il pandemiya səbəbindən keçirilməyən tədbirə maraq  bu il ikiqat artıb.

İndex.az avtomobil həvəskarları üçün hərracdan ən maraqlı məqamları və satılan bahalı modellər barədə məlumatı təqdim edir.

2019-cu ildə auksiona çıxarılan avtomobillərin cəmi 59%-i satılmışdısa, bu ilki rəqəm 80% təşkil edib. Bütövlükdə satılan retro avtomobillərin dəyəri 345 milyon dollar olub ki, bu da 2019-cu ilin nəticəsindən 35% çoxdur.

Bu ilin ulduzu - McLaren, ən çox tələb olunan brend - Ferrari...

Formula 1-in əsas tərəfdaşı McLaren-in 1995-ci ildə buraxdığı, həmin dövrdə dünyanın ən sürətli avtomobili sayılan F1 modeli rekord qiymətə - 20,5 milyon dollara satılıb. Hərracdakı alıcıların ən çox maraq göstərdiyi avtomobil markası isə Ferrari olub. Ən bahalı avtomobillərin ilk 10-luğunda Ferrarinin 5 modeli təmsil olunur. 

Monterey Avtomobil Həftəsində satılan ən bahalı 10 avtomobil:

1. McLaren F1 Coupe, 1995-ci il - 20,5 milyon dollar

2. Ferrari 250 California, 1959-cu il - 10,8 milyon dollar

3. Aston Martin DB4 GT Zagato Coupe, 1962-ci il - 9,5 milyon dollar

4. Ferrari 268 SP Spider, 1962-ci il - 7,7 milyon dollar

5. Ferrari 275 GTB Long Nose, 1966-cı il - 7,7 milyon dollar

6. Ferrari 250 GTTdF Coupe, 1958-ci il - 6 milyon dollar

7. Bugatti Type 35B Grand Prix Roadster, 1929-cu il - 5,6 milyon dollar

8. Mercedes-Benz 26/120/180 S, 1928-ci il - 5,4 milyon dollar

9. Ferrari 250 GT Cabriolet SI, 1958-ci il - 4,4 milyon dollar

10. Shelby Cobra 289 R&P Roadster, 1963-cü il - 4,1 milyon dollar



Marja

Bizi Facebook-da izləyin: INdexAzerbaijan