İyulda elektrik enerjisinin istehsalı 9%-ə yaxın azalıb

Bu ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 639,03 milyon kVt/saat, ixracı 153,5 milyon kVt/saat, idxalı 11,2 milyon kVt/saat olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 244,2 milyon kVt/saat (8,5 %), ixrac 46 milyon kVt/saat artıb, idxal isə 1,5 milyon kVt/saat azalıb.

İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilir ki, cari ilin 7 ayı ərzində isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 498,5 milyon kVt/saat artaraq 15 milyard 845 milyon kVt/saat olub.

Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 395,9 milyon kVt/saat artaraq 14 milyard 754,8 milyon kVt/saat, SES-lərdə 102,9 milyon kVt/saat artaraq 877,4 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,3 milyon kVt/saat azalaraq 212,8 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 55,4 milyon kVt/saat, günəş elektrik stansiyalarında 32,2 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 125,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 milyard 227,5 milyon kVt/saat (İES-lərdə 13 milyard 463,6 milyon kVt/saat, SES-lərdə 763,9 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 263,9 milyon kVt/saat (İES-lərdə 131,2 milyon kVt/saat, SES-lərdə 103,2 milyon kVt/saat, GES-də 29,5 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 41,04 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 1 milyard 312,56 milyon kVt/saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 822,4 milyon kVt/saat olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 94,2 milyon kVt/saat artıb. İrana 152,3 milyon kVt/saat, Türkiyəyə 109,1 milyon kVt/saat, Rusiyaya 56,1 milyon kVt/saat, Gürcüstana isə 504,9 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.

Bu dövrdə elektrik enerjisinin idxalı 100,1 milyon kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 milyon kVt/saat artıb. İrandan 19,6 milyon kVt/saat, Rusiyadan 55,8 milyon kVt/saat, Gürcüstandan isə 24,7 milyon kVt/saat elektrik enerjisi idxal edilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan