Ölkədə benzin və dizel satışı artıb

Azərbaycanda 2021-ci ilin yanvar-iyul ayları ərzində 2 417 000 000 manat dəyərində neft məhsulları istehsal olunub.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz çoxdur.

Bu dövr ərzində ölkədə 690 100 ton avtomobil benzini, 1 458 700 ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 3,6 faiz azalıb, dizel yanacağının istehsalı isə 11,9 faiz artıb.

Ölkədə benzin və dizel satışı artıb

Eləcə də, neft məhsullarından sürtkü yağlarının istehsalı 88,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 55,4 faiz, neft koksunun istehsalı 21,1 faiz, neft bitumunun istehsalı 14,3 faiz, ağ neftin istehsalı 3,9 faiz artıb, yanacaq mazutunun istehsalı isə 39 faiz azalıb.

Qeyd edək ki, pərakəndə ticarət dövriyyəsində istehlakçılara 1 393 500 000 manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb. Satış həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artıb.



Oxu.az

Bizi Facebook-da izləyin: INdexAzerbaijan