Yerli mobil operatorların gəlirləri açıqlandı – RƏSMİ

Bu ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 552.2 milyon manat təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.9 faiz artıb.

Cari ilin ilk yanvar-iyul aylarında informasiya və rabitə müəssisələri tərəfindən 716.2 milyon manatlıq xidmət göstərilib. Xidmətlərin 74.7%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 5.9% artıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan