Əhalinin gəlirləri 32 milyard manatı keçib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 32 milyard 321 milyon manat təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 0,2% artaraq 3 min 228,4 manata yüksəlib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan