“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edildi

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

İndex.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb. 

Dəyişikliyə əsasən, qanunun 8-ci maddəsində “sağlamlıq imkanları məhdud uşağı olan” sözləri “uşağının əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan