Dövlət Agentliyi icarə xidmətlərinə 1 milyon manat xərcləyəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Cavanşir Orxan Cavanşirdir.

Qalibə 1,176 milyon manat ödəniləcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan