Elektrik enerjisi ixracı 13% azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 32 998,52 min ABŞ dolları 813 322,13 min kVt-saat elektrik enerjisi ixrac edib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,5%, həcmi isə 13,3% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 59 802,34 min ABŞ dolları dəyərində 1 323 516,99 min kVt-saat elektrik enerjisi ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 22,2%, həcmi isə 25,3% azalıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan