Əfqanıstanla apardığımız ticarət mübadiləsi 5 dəfə azalıb

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Əfqanıstanla apardığı ticarət mübadiləsinin həcmi 6 milyon 331 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 4,9 dəfə azdır.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Əfqanıstana ixracın həcmi 6 milyon 299 min dollar, idxal isə 32 min dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 4,9 dəfə azalıb. İdxala gəldikdə isə, ötən ilin yanvar-iyul aylarında Azərbaycan Əfqanıstanla idxal əməliyyatları aparmayıb.

Nəticədə, 2021-ci ilin yanvar-iyul aylarında 6 milyon 268 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,9 dəfə azdır.




APA

Bizi Facebook-da izləyin: INdexAzerbaijan