Ölkədəki 6 bankın əməliyyat gəlirləri 50 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I yarısındakı əməliyyat gəlirləri 50 milyon manatdan çox olub.

İndex.az xəbər verir ki, bunlar “Kapital Bank” (363,774 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (314,759 milyon manat), “PAŞA Bank” (188,672 milyon manat), “Unibank” (72,921 milyon manat) və “Xalq Bank” (52,834 milyon manat) ASC-lər, “Access Bank” QSC-dir (50,109 milyon manat).

Qalan 20 bankdan 16-da əməliyyat gəlirləri 10-50 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.



Renkinq

Bizi Facebook-da izləyin: INdexAzerbaijan