Ölkədə mobil internetin sürəti artır, sabit internet geriləyir

Azərbaycan dünyada mobil internetin sürətinə görə 139 ölkə arasında 66-cı yeri tutub.

İndex.az az xəbər verir ki, bu barədə “Speedtest Global Index” hesabatının iyul ayı üçün açıqlanan reytinqində deyilir.

Məlumata görə, ölkəmiz sabit internetin sürətinə görə isə 180 ölkə arasında 123-cü yerdə qərarlaşıb.

Reytinqə əsasən, 1 ay ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 37.11 Mb/saniyədən 37.24 Mb/saniyəyə qalxıb. Sabit internetin yükləmə sürəti isə 27.39 Mb/san- dən 25.96 Mb/san-ə düşüb.

“Speedtest Global Index” reytinqinə əsasən, bununla belə, iyul ayında Azərbaycan mobil internetin sürətinə görə geriləmə olmayıb. Sabit internetin sürətində isə 1 pillə geriləyib və 123-cü olub.

Belə ki, dünyada ən sürətli interneti olan ölkələrin ilk üçlüyünün reytinqinə isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Cənubi Koreya və Qətər daxil olub.

Dünyada ən zəif mobil internet isə Əfqanıstan, Venesuela və Fələstindir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan