Image description

Bu gündən Rusiyanın Veterinar və Fitosanitar Nazarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb.

İndex.az qurumun internet səhifəsində istinadən xəbər verir ki, Azərbaycanın 8 alma və 19 pomidor istehsalçısı artıq məhsullarını Rusiyaya ixraz edə bilərlər. 

Məlumata görə, Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video yoxlamalar zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrinə əsasən qəbul edilib.