Meyvə-tərəvəz idxalı bu il 9% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 128,192 milyon ABŞ dolları dəyərində 223 669 ton meyvə-tərəvəz idxal edib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,167 milyon ABŞ dolları ( 3,3%) və 17 514 ton (8,4%) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz idxalı Azərbaycanın ümumi idxalının 2,04% təşkil edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan