Avropada qazın qiyməti daha da yüksəldi

Bazar ertəsi ticarət zamanı Avropada qazın qiyməti təxminən 1000 kubmetr üçün 580 dollara yaxınlaşıb.

İndex.az ICE məlumatlarına istinadən xəbər verir ki, sentyabr fyuçerslərinin dəyəri Bakı vaxtı ilə saat 14: 07-də min kubmetr üçün 577,4 dollara çatıb.

Yalnız bir gündə Avropada qazın qiyməti əvvəlki günün bağlanış qiymətinə nisbətən 7,7% artıb.

Bu gün səhər saatlarında məlum oldu ki, "Qazprom" sentyabrda hərraca çıxarılan qazın Ukrayna üzərindən tranziti üçün əlavə imkanların yalnız 4.3% -ni sifariş edib.

"Qazprom"un zavodunda qəza və Ukrayna ərazisindən əlavə nəqldən imtina etməsi fonunda Avropada qaz qiymətləri də yüksəlir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan