“Air France” Əfqanıstan üzərindən uçuşları dayandırır

Fransanın “Air France” aviaşirkəti Əfqanıstan üzərindən olan bütün uçuşları dayandırdığını açıqlayıb. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki , bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, daha əvvəl Almaniyanın “Lufthansa” və “Eurowings”, İsveçrənin isə “Swiss” aviaşirkəti Əfqanıstan üzərindən olan uçuşları dayandırdığını açıqlayıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan