Kriptovalyuta bazarının kapitallaşması yenə 2 trilyon dolları keçdi

Qlobal kriptovalyuta bazarının kapitallaşması bu ilin mayından ilk dəfə olaraq 2 trilyon ABŞ dollarını keçib.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, son sutkada kriptovalyutaların bazar dəyəri 2,52% artıb.

Məlumata görə, kriptovalyuta bazarının kapitallaşması “Bitkoin”in dəyərinin artması fonunda gedir. Onun qiyməti son sutkada 2,1% artaraq 47 292 ABŞ dollarına çatıb.

Əsas kriptovalyuta 892 milyard ABŞ dollarlıq kapitallaşma ilə bazarın 43,8%-nə sahibdir. Bu, hələ də bu ilin aprelində qeydə alınan 1,2 trilyon ABŞ dollarlıq tarixi maksimumdan xeyli aşağıdır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan