Qlobal avtomobil bazarı 6,3% azalıb

Dünya avtomobil bazarı iyulda 6,3% azalaraq 6,463 milyon ədədə düşüb.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu ilin 7 ayı ərzində dünya üzrə 48,527 milyon avtomobil satılıb.

İyulda satışlar üzrə lider Çin olub. Bu ölkədə 1,842 milyon avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 9,8% azdır. Mənfi dinamika ardıcıl olaraq üç aydır ki davam edir. Bu, çip çatışmamazlığı, xammalın bahalaşması və Çində koronavirusun yeni dalğası ilə əlaqədardır.

Qərbi Avropanın avtomobil bazarları hesabat ayında 23,8% azalaraq 1,01 milyon ədədə çatıb. Şərqi Avropada 349 min yeni avtomobil satılıb. Bu, əvvəlki ayın göstəricisi ilə müqayisədə 9,7% azdır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan