İlon Maskın “Tesla”dakı illik əməkhaqqısı 0 dollar təşkil edib

“Tesla” şirkətinin məlumatlarına əsasən, onun qurucusu və baş icraçı direktoru İlon Maskın 2020-ci ildə aldığı əməkhaqqı 0 dollar olub.

İndex.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

2019-cu ildə milyarder şirkətdən 23 760 dollar alıb, lakin sonradan ödənişlərin dayandırılmasını tələb edib. Buna baxmayaraq, Mask hələ də ABŞ-ın ən çox əməkhaqqı alan CEO-su olaraq qalır.

2018-ci ilin əvvəlində “Tesla” səhmdarları şirkətin 10 illik inkişaf planını təsdiq ediblər ki, bu plana əsasən Mask 16 hədəfə çatmalıdır. Əgər onlardan ən az 12-si yerinə yetirilsə və “Tesla”nın kapitallaşması 650 milyard dollara çatsa, milyarder mükafat olaraq aşağı qiymətə böyük səhm paketi almaq imkanını qazanır.

“Bloomberg”in yazdığına görə, “Tesla”nın qarşısına qoyulmuş bütün hədəflər həyata keçirildiyi halda, 2028-ci ilə qədər milyarder şirkətin 28%-nə nəzarət edəcək. Bununla yanaşı, “Tesla” top-menecerlərinin əməkhaqları olduqca yüksəkdir. Məsələn, şirkətin maliyyə direktoru Zakari Kirkhorn 2020-ci il ərzində 46.6 milyon dollar alıb.

Yazda “Forbes” Maskı ABŞ-ın ən yüksək əməkhaqqı alan CEO elan edib. Üç il əvvəl əməkhaqqından imtina etməsinə baxmayaraq, sahibkarın səhmləri ona milyardlarla dollar qazandırıb.

2020-ci ilin mayında “Tesla”nın maliyyə uğuru Maska mükafat şəklində 706 milyon dollarlıq səhm gətirib.




©Banker

Bizi Facebook-da izləyin: INdexAzerbaijan