Avqust ayının pensiyaları tam ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün pensiyaların ödənişi başa çatdırılıb.

Bu barədə İndex.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Məlumata görə, vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Avqust ayının pensiyaları tam ödənildi

Bizi Facebook-da izləyin: INdexAzerbaijan