"Toyota” və “Lexus” qəzaya düşən sürücülər üçün xüsusi tətbiq yaradıb

Yaponiyanın “Toyota” və “Lexus” avtomobil markaları qəza sonrası nəticələri aradan qaldırmaq üçün müştərilər üçün yeni tətbiq yaradıb.

İndex.az xəbər verir ki, yeni xidmət insanlara bu çətin bir prosesdən keçməyə kömək etmək üçün düşünülüb. “Safety Connect” funksiyalarına abunə olan bütün müştərilər bu xidmətdən istifadə edə biləcəklər.

Bələdçinin köməyi ilə sürücülər qəza haqqında vacib sənədləri toplaya, bu məsələyə sığorta şirkətlərini cəlb edə, təmir mərkəzi tapa və digər bir çox şey edə biləcəklər.

“Müştərilərimizin təhlükəsizliyi bizim üçün birinci yerdədir. Qəzadan bir neçə dəqiqə sonra sürücülər qərarsız ola bilərlər, nə etməli olduqlarını bilmirlər. Bizim yaratdığımız xidmət bu problemi aradan qaldırır”, – deyə “Connected Technologies” qrupunun vitse-prezidenti Stiv Basra söyləyib.

Bu funksiya “Toyota” və “Lexus” avtomobil sahibləri üçün tətbiqlər vasitəsilə əlçatandır. O həm iOS, həm də Android əməliyyat sistemlərində dəstəklənir.



Banker

Bizi Facebook-da izləyin: INdexAzerbaijan