Avtobus yandı, sərnişinlər təxliyə olundu

Bakıda sərnişin avtobusunda yanğın olub.

İndex.az xəbər verir ki, hadisə metronun "Xətai" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, "BakuBus" MMC-yə məxsus 21 nömrəli marşurut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.

Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan